Qahirə yaxınlıgındakı Sakkara rayonunda yerləşən məzarlıqdakı əşyaları araşdıran italiyalı alimləri orada dünyada ən qədmi - 3,2 min yaşı olan pendir aşkar ediblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qahirə universitetilə birlikdə aparılan araşdırmalara görə, alimlər mal, qoyun və keçi südündən hazırlanan ən qədmi pendirin eramızdan əvvəl 1290-1213-cü illərdə istehsal edildiyi qənaətinə gəliblər.
Qeyd olunur ki, qədim misirlilər o dünyanın varlığına inandıqlarından, dəfn olunan adamların yanında məişət əşyaları, yemək, içki və s. basdırıdılar.
Milli.Az