Əkin sahələrini yandıran daha 4 nəfər saxlanıldı

Avqustun 10-da Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini Qubad Həsənalıyev özünə məxsus 1 hektar biçilmiş taxıl sahəsini yandırıb və alov həmkəndlisi Əli Bədəlova məxsus 0,25 hektar sahəyə keçib.

DİN-dən Metbuat.az-a verilən xəbərə görə, həmin gün rayonun Yuxarı Aran kənd sakini Sahil Əzizov həmkəndlisi Gündüz Qarayevə məxsus biçilmiş taxıl sahəsində mal-qara otararkən siqaret kötüyünü söndürmədən yerə atdığı üçün 1 hektar ərazidə küləş yanıb. Yanğınların qarşısı alınıb, xəsarət alan olmayıb.

Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Q.Həsənalıyev və S.Əzizov saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə protokollar tərtib edilib.

Oğuz rayonunda da biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb. Belə ki, avqustun 9-da Xaçmaz kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 25 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmış sakinlər Sərvan Abdulrəhmanov və İlham Cəlilov İXM-nin 244-1-ci maddəsinə (əkin yerinin yandırılması) əsasən məsuliyyətə cəlb edilərək hər biri 400 manat məbləğində cərimə ediliblər.

"Bakı mirvaridir, dünya səviyyəli şəhərdir" - Rəhmon- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR