Dağıstanlılar "Bakı bulvarı"nın direktorunu öldürmək istədilər

Moskva polisi qatil olduğu güman edilən iki nəfəri tapmağa və saxlamağa nail olub. Onlar 2017-ci ilin yazında "Bakı bulvarı" restoranlar şəbəkəsinin direktoru Niyaz Bədəlovu güllələmək istəyiblər, ancaq biznesmen sağ qalıb.

Metbuat.az virtualaz.org-a istinadən bildirir ki, saxlanılanlar Dağıstan sakinləridir. Dindirmə zamanı onlar tədqiqatçılara bildiriblər ki, Niyaz Bədəlovun qətli üçün onlara pul ödəyiblər. Hazırda qanun keşikçiləri cinayətin sifarişçisinin şəxsiyyətini təyin etməyə çalışırlar.

"Naina" şirkətinin baş direktoru Niyaz Bədəlovun, hansı ki, "Bakı bulvarı" restoranlar şəbəkəsinin sahibidir, qətlinə cəhd 2017-ci ilin martında Moskvanın mərkəzində olmuşdu. Naməlum şəxs sahibkarın "Mercedes"inə yaxınlaşmış və maşının pəncərəsinə bir neçə güllə atandan sonra qaçıb gizlənmişdi. Bədəlov özü xəsarət almamışdı, amma mühafizəçisi yaralanmışdı.

"Bakı mirvaridir, dünya səviyyəli şəhərdir" - Rəhmon- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR