Alimlərin yeni kəşfi: Çox yeyirsən, amma kökəlmirsən...

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, qlaukomanın müalicəsi üçün istifadə olunan dərmanlardakı maddələr kökəlmənin qarşısını alır.

ABŞ-ın Yell universitetinin alimləri müəyyən ediblər ki, bağırsaqların bəzi gen hüceyrələri götürüləndə piy molekullarını orqanizmə buraxmır. Bu cür genləri olmayan siçanlar 8 həftə yüksək yağlı yemək yeməsinə baxmayaraq çəkiləri heç artmamış, amma bu cür genləri olan siçanlar bu müddətdə piylənmədən əziyyət çəkiblər.

“Yağlar orqanizmdən ekskrementlər vasitəsilə, qan dövranına daxil olmadan çıxıblar, ona görə də siçanlar yağlı yediklərinə baxmayaraq artıq çəki almayıblar” - tədqiqatın müəlliflərindən olan Fen Çjan bildirib.

Tədqiqatçılar anoloji təsir göstərən, adamlar üzərində sınaqdan keçirilən dərman qrupunu aşkar ediblər. Bu dərmanlar adətən qlaukoma xəstəliyinin müalicəsində istifadə olunur. Bu dərmanı siçanların da orqanizminə yeridəndə bağırsaqlar tərəfindən yağların sorulması prosesi dayanıb.

Tədqiqatın müəlliflərinin fikrincə bu dərmanların əsasında piylənmənin qarşısını alan yeni dərmanlar yaratmaq olar. Bununla bərabər insanların belə bir dərmanı qəbul etməsinin zərərli tərəfləri də var. Alimlər xəbərdarlıq edir ki, bu cür dərmanlar faydalı qidaların mənimsənməsinə maneə törədə bilər.

Hüseyn Əzizoğlu ilə vaynlara çəkilən modeldənSEKSUAL FOTOLAR - Oxumaq üçün tıkla




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR