Gündə bir banan yesək orqanizmdə nə

Dünyada insan orqanizminə faydalı meyvələrdən biri banandır.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, banan içərisindəki pektin sayəsində həzmi sürətləndirir və bədəndən zərərli maddələrin atılmasına yardım edir. Qəbizlik problemi olanlara banan yemək məsləhət görülür.

Stress bədənin kalium səviyyəsini aşağı salır və maddələr mübadiləsini dəyişdirir. Siz banan yeməklə itirilmiş mineralı yenidən orqanizmə qaytara bilərsiniz. Banan faydalı kalium mənbəyi olmaqla yanaşı insanın özünü yaxşı və sakit hiss etməsinə də yardım edir.

Bananın faydaları bunlarla bitmir. Menstruasiya ağrıları və şişkinlikdən əziyyət çəkən xanımlara hər gün bir banan yemək məsləhət görülür.

Depressiyadan şikayətçi olan bir çox insan banan yedikdən sonra özlərini daha yaxşı hiss etdiklərini bildirirlər. Araşdırmaçılar bunu bananın tərkibindəki əsas amin turşusu olan "triptofan"dan qaynaqlandığını açıqlayıblar.

Aysel Yaqubqızı / Metbuat.az

Limon suyu ilə duzu qarışdırıb qoltuq altına sürtün - TƏRLƏMƏ YOX OLACAQ / VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR