"Taliban" hərbi bazaya hücum etdi -

"Taliban" militanları Əfqanıstanın Bəğlan vilayətində yerləşən hərbi bazaya silahlı hücum ediblər.

Metbuat.az "A haber"ə istinadla bildirir ki, Bəğlan Vilayət Şura başqanı Səfdar Muhsini hücum nəticəsində 38 əsgərin öldüyünü açıqlayıb. Hücum zamanı bir çox əsgərin yaralandığını bildirən Muhsini hücumun ardından çıxan atışmada çox sayda militanın da öldüyünü deyib.

"Taliban" isə açıqlamasında hücum nəticəsində bazaya nəzarəti ələ keçirdiklərini və 70 təhlükəsizlik əməkdaşının öldüyünü iddia edib.

Aysel Yaqubqızı / Metbuat.az

Türkiyədə 16 yaşlı azərbaycanlı yoxa çıxdı, meyiti yol kənarından tapıldı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR