Zabit Səmədov böyük döyüşə belə hazırlaşır

Xəbər verdiyimiz kimi, Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə döyüşəcək.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, həmyerlimiz döyüşə xüsusi rejimdə hazırlaşır. Rəqibi qarşısında qələbə qazanmaq arzusunda olan Zabit yağışın altında məşq edir. Rəqiblərini bir-bir məğlub edən Zabit bu dəfə Bris Quidonu rinqdən başıaşağı göndərmək istəyir.

Qeyd edək ki, K-1 döyüşçüsü, 2 metr boya malik fransalı ilə döyüş avqustun 16-da Çeçenistan paytaxtı Qroznıda baş tutacaq. Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunacaq.


Qızıl və gümüş medal alan məzunlar - SİYAHI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR