Qubada sərnişin aparan taksi qəzaya uğrayıb, xəsarət alanlar var

Qubada sərnişin aparan taksi qəzaya uğrayıb,  xəsarət alanlar var
07:47 16 Avqust 2018
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada taksi qəzaya düşüb, iki sərnişin xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1994-cü il təvəllüdlü Xaçmaz rayonu Qusarçay kənd sakini, Səma İsabala qızı Əlizamanova və Xaçmaz rayonu Xudat şəhər sakini 1995-ci il təvəllüdlü Şəlalə İslam qızı Ibrahimova restorandan taksi ilə evə dönərkən Quba şəhəri, H.Əliyev prospektində avtoqəzaya uğrayıb. Onlar xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S.Əlizamanovaya qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub və vəziyyəti ağır olduğundan stasionar müalicəyə cəlb edilib. Ş.İbrahimova isə yüngül xəsarətlər aldığından ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/676958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR