Akar və Fidandan Rusiyaya kritik SƏFƏR -

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat Təşkilatı (MİT) rəhbəri Hakan Fidan səhər saatlarında şəxsi təyyarə ilə Moskvaya səfər ediblər.

Metbuat.az "Milliyyet.com"a istinadla bildirir ki, hərbi mərasimlə qarşılanan Hulusi Akar ilə MİT başqanı Fidan Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu və digər səlahiyyətli şəxslərlə bir araya gəlib.

Görüşdə iki ölkə arasındakı əməkdaşlıq və Suriyalı mühacirlərin ölkələrinə qayıtma məsələsi müzakirə edilib.

Aysel Yaqubqızı / Metbuat.az

İranda atışma olub - 4 əsgər yaralanıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR