Kosta-Rika sahillərində gücü 6.0 bal təşkil edən zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri paytaxt San-Xosedən 165 km cənub şərqdə, Panamanın David şəhərindən 96 km qərbdə və Kosta-Rikanın Qolfito şəhərindən 12 km qərbdə yerləşib. Zəlzələnin ocağı isə 40 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Milli.Az