Bu xəstəliyi olanlar qurban əti yeyərkən

Yeni kəsilmiş heyvanların ətlərindəki sərtliyin həm bişirmədə, həm də həzm prosesində problemlərə yol açdığını bildirən həkimlər bəzi xəstələrə xəbərdarlıq edib.

Metbuat.az "Mynet.com"a istinadla bildirir ki, dietoloq Özden Örkcü Qurban bayramında ətyemə ilə bağlı bəzi tövsiyələr verib.

Həkimin sözlərinə görə, həddindən artıq köklük (obezite), yüksək təzyiq, ürək-damar, mədə və şəkər xəstəliyi olan şəxslərin qidalanmalarına diqqət etmələri vacibdir.

Yağlı ətlərin doymuş yağ və xolestrol tərkibi yüksək olduğu üçün ürək-damar, şəkər və yüksək təzyiqi olanlar yağsız və ya az yağlı ət seçməlidirlər.

Ət həzmi çətin olan qida olduğu üçün mədə-bağırsaq problemləri olanları həkim xüsusilə, diqqətli olmağa çağırıb:

"Yeni kəsilmiş heyvanların ətləri sərt olduğu üçün bişirərkən, həm də yeyərkən həzmi çətinləşdirə bilir. Bunu nəzərə alaraq mədə-bağırsaq problemi olanlar qurban ətini kəsildikdən dərhal sonra istehlak etməməli, soyuducuda bir neçə gün saxladıqdan sonra qaynadaraq, ya da buxarda bişirmə üsulları ilə yeməlidirlər".

Aysel Yaqubqızı / Metbuat.az

Xərçəngin dərmanını ZİBİL QUTUSUNA atırmışıq - ŞOK FAKTLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR