Bəd nəzərin olduğu TƏSDİQLƏNDİ

Yəqin, dövrümüzdə çox az adam tapılar ki, nəzərə, göz dəyməsinə inanmasın.

Metbuat.az bildirir ki, gözdəymə insan yaranışından bəri qəribə inanclar siyahısında olub. Şumerlər inanırdılar ki, bəzi insanlar sadəcə baxmaqla suları qurudar və bunun da nəticəsi kimi ölümə səbəb ola bilərlər.

Daha sonralar nəzərin, göz dəymənin müəyyən nəsnələrin quruyub çəkilməsinə səbəb ola bilməsi düşüncəsi də inkişaf etdi. Məsələn, uşaqların ishal olub orqanizmlərinin maye itirməsi, anaların və süd verən heyvanların südlərinin quruması, kəsilməsi və ya kişilərin cinsi aktivliklərini itirməsi və s. Görünən odur ki, bu misalların hamısında bir mayenin quruyub çəkilməsi yer almaqdadır.

Bu inanc qısa müddət ərzində şərqdə Hindistana, qərbdə Portuqaliya və İngiltərəyə, şimalda Skandinaviyaya qədər yayıldı. Belə bir “məşhur” inancdan xəbərsiz olan Amerika, Asiya, Afrika və Avstraliyaya isə bu, səyyah, dənizçilər və köçkünlər vasitəsilə gedib çıxdı. Amma hazırda hələ də Çin, Koreya, cənub-şərqi Asiya (Güneydoğu), Avstraliya, Amerika və Afrika səhralarının cənubunda belə bir batil inanc mövcud deyil.

Bu inanca daha çox göy gözlü insanların gözünün dəyməsi, nəzəri faktı Anadolu və Qafqaz bölgələrində əlavə olundu. Bunun üçün də həmin ərazilərdə yaşayanlar, başda uşaqlar olmaqla göz dəyə biləcək hər yerə nəzərdən qorunmaq üçün göy göz şəklində, şüşədən hazırlanmış göz mucuğu asırlar.

İngiltərə Leeds Universitetinin parapsixoloji fakültəsində aparılan bir araşdırmada nəzərin mövcudluğu elmi cəhətdən sübut olunub.

Fakültə üzvləri psixoloji güclərinin olduğu qəbul edilən və rəngli gözlərə sahib olan 6 nəfərlə psixokinetik təcrübə aparıb. Bir həftə boyunca həmin adamlara bəzi cisimlər göstərilib və həmin əşyalara diqqətlə baxmaları tələb olunub.2 həftə sonra bəzi cisimlərdə morfolojik və biokimyəvi dəyişikliklər meydana gəlib. Xüsusi aparatlar təcrübə obyekti olan insanların gözlərindən çıxan elektromaqnit dalğaları qeydə alıb. Bu dalğaların fərqli tezliklərə malik olması da nəzərdən yayınmayıb.

Leeds Universitetinin parapsixoloji fakültəsinin rəhbəri Artur Gall təcrübə ilə bağlı çap etdirdiyi məqaləsində qeyd edir:

“Cisimlərdəki dəyişikliklər yalnız rəngli gözlərə malik olan insanların gözlərindəki rəngli fotoreseptorlardan yayılan beta şüalarından qaynaqlanıb”.

“Science” jurnalı aparılan araşdırmaya may buraxılışında yer ayırıb. Jurnalın üz qabığı “Kəmgözlük həqiqəti” manşetiylə diqqət çəkib. Eyni zamanda, jurnalın bu sayında müxtəlif elm adamlarının əldə edilən nəticəylə bağlı fikirləri də dərc olunub.

Xəyalə Məmmədova / METBUAT.AZ

Amerikada HƏYƏCAN - Rusiyanın bu addımı...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR