Sürətli və sağlam arıqlamaq üçün bu ÇAYdan için -

Artıq çəkidən qurtulmaq və hər zaman ideal bədən quruluşunu saxlamaq üçün metabolizmin hər zaman sürətli işləməsi lazımdır. Əks təqdirdə, yavaş işləyən metabolizm daha çox kilo almanıza səbəb ola bilər. Bunun qarşısını almaq üçün gündəlik qida rasionunuza sadəcə bir neçə çay əlavə etməlisiniz.

Metbuat.az Milli.Az-a istinadla metabolizmi sürtləndirən çayları təqdim edir.

Yaşıl çay

Aparılan bir çox araşdırma nəticəsində məlum olub ki, yaşıl çay metabolizmi sürətləndirməklə yanaşı, piyləri də əridir. Yaşıl çay metabolizmi 4 dəfə sürətləndirir.

Oolonq çayı

Bu çay vücudda toplanan yağları enerjiyə çevirir və artıq piylərin əriməsinə kömək edir. Eyni zamanda, həzm prosesini sürətləndirir.

Ağ çay

Bahalılığı ilə diqqət çəkən ağ çay vücuda qəbul edilən yağların depolanmasının qarşısını alır. Tərkibində olan"epiogallocateschin -3-gallat" sayəsində qidaların daxilində vücuda daxil olan yağları əridir.

Zəncəfil çayı

Zəncəfil çayı damarlardan qanın daha sürətli axmasını təmin edir və bədənin temperaturunu artırır. Bu durumda metabolizm sürətlənir. Bu çay həm də həzm sisteminin sağlam işləməsinə əngəl olan bakteriyaları öldürür.

Darçın çayı

Pəhrizdə olanlara tez-tez məsləhət görülən darçın ədviyyat olaraq istifadə edildiyi kimi, çay olaraq da istifadə edilə bilər.

Mate çayı

Arıqlamaq üçün olan çayların arasında ən çox tələbat olan çaylardan biridir. Cənubi Afrikada yetişən mate ağacının yarpaqlarından əldə edilən bu çay artıq çəkinin toplanmasına əngəl olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR