Suriyada 14 min adam işgəncə ilə öldürülüb

Suriya İnsan Hüquqları Şəbəkəsi (SNHR) Əsəd rejiminin Suriyada vətəndaş müharibəsinin başladığı dövrdə, 2011-ci ilin martında saxlanılan rejim əleyhdarlarından bəzilərinin aqibətinə dair hesabat açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda bildirilir ki, rejim tərəfindən saxlanılan və aqibətləri bilinməyən yüz minlərlə adamdan 836-ı həbsxanalarda ölüb və bu barədə rəsmi orqanlara məlumat verilməyib. Həmin şəxslərin ölüm səbəbi barədə məlumat verilmədiyi və meyitlərinin təhvil verilmədiyi qeyd edilib.

Ölənlərdən 285-i Şam və çöllük bölgədən, 146-sı Humus, 141-i Haseke.ş 117-si Hama, 78-i Dera, 29-u İdlib, 23-ü Lazkiye, 8-i Hələb, 6-sı Deyrizor, 3-nün isə süveydalı olduğu bildirilib. Ölənlərin böyük hissəsinin işgəncəyə məruz qaldığı, bir hissəsinin isə edam edildiyi güman edilir.

Hesabatda bildirilir ki, ölkədə vətəndaş müharibəsi başlayandan indiyə qədər rejim tərəfdarları tərəfindən saxlanılan təxminən 14 min adam işgəncə ilə öldürülüb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR