Tovuzda bir ailənin 4 üzvü yol qəzasına düşüb

Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində "UAZ" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, nəticədə Şəmkir rayonundan olan 1992-ci il təvəllüdlü Murquzov Zaur Zabil oğlu və onun 1995-ci il təvəllüdlü həyat yoldaşı Murquzova Mariya İlham qızı xəsarət alıb.

Hər iki yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı onların avtomobildə olan iki övladı - 4 yaşlı Tunar və 1 yaşlı Banu xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR