"Allahdan ucuz bir ölüm istəyirdim, amma..."

Tanınmış prodüser Təranə Səmədova gözlənilməz paylaşım edib.

Metbuat.az-ın məlumatına görə, prodüser sosial profilində izləyicilərinə həyatda başına gələnlərdən, yaşadıqlarından peşiman olduğunu bildirib:

“Həyat məni çox sınağa çəkdi, səhv seçimlər, səhv addımlar, səhv adamlar, səhv məkanlar, hamısının altını çəkirəm. Mən həyatda çox sındım, sındırılmağa çalışıldım, amma həyat arada-sırada ani xoşbətliklərlə də başımı qatdı. Bu qədər əzilməklərimin qarşılığında "nə yaxşı ki, varsan" deyə biləcəyim insanları da yetirdi mənə. Elə ən böyük təskinliklərimi də onlarda tapdım. Bundan sonra da qoy sarsılım, üzülüm, bəs bəzi insancıqlar həyatda nədən sevinsinlər, nədən zövq alsınlar, amma ən böyük qələbəm də elə varlığımdır. Bu gün artıq üsyan edirdim, Allahdan ucuz bir ölüm istəyirdim. Amma indi düşünürəm ki, İnşAllah Rəbbim mənə uzun ömür verər. Rahatsız etdiyim insanlar qoy elə mənə görə narahat həyatlarını yaşasınlar. Qoy arada-sırada da sevinsinlər lap elə bu şəkildəki görüntümə sevindikləri kimi. Hər yıxılmağım növbəti zəfərim üçün təkandır.”

Fəxriyyə Xələfova qadınları gözəlləşdirən bulaqdan danışdı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR