Bakıda üçmərtəbəli yaşayış binasında yanğın olub

Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

Metbuat.az-ın report.az-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Sübhi Salayev küçəsində qeydə alınıb.

Belə ki, söküntü ərazisində başlayan yanğın yaşayış binasına keçib, nəticədə binanın dam örtüyü və 3 mənzil yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını söndürüb.

Sakinlər qeyd edib ki, ərazidə tikinti işlərini iş adamı İbrahim İbrahimov (Hacı İbrahim) aparır.


Dünyanın ən varlı ADAMI - Saatına 4,4 milyon dollar qazanır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR