​Ağciyəri üç gün ərzində təmizləyən

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünyada 1 milyarddan artıq adam siqaret çəkir.

Metbuat.az bildirir ki, hər il beş milyon insan siqaretin yaratdığı xəstəliklər səbəbiylə vəfat edir. Bu,hər 6 saniyədə bir adamın ölməsi deməkdi.

Siqaret çəkməyi vərdiş halına çevirən əsas səbəb nikotindi. Bu maddə bədəndə asılılıq yaradır. Bədən az-az nikotinə öyrəşir və təsirini hiss etmək üçün daha artığına ehtiyac duyur. Bu da ağciyərin daha sürətlə zədələnməsinə gətirib çıxarır.

Bu yöndə verilə biləcək ən gözəl məsləhət siqareti tərgitmək ola bilər. Lakin, bu da işin ən çətinidir.

Bircə yol qalır: təbiivasitələrlə nikotin zəhərlənməsinin dərəcəsini azaltmaq. Buna görə də sizə ağciyərləri təmizləyən bir qarışım barədə danışacağıq.

Bu qarışımdan istifadə edərək siqareti tərgidə də bilərsiniz.

1 baş barmaq ölçüsündə zəncəfil, 400 qr doğranmış soğan, 2 çay qaşığı sarıkök, 1 litr su, tamı gözəl olsun deyə zövqə görə bal götürün. Suyu qaynadın. Soğanı və zəncəfilin yarısını içinə atın. Azca qaynadın. Sonra zəncəfilin yerdə qalanını rəndələyin, sarıköklə birgə qatın. Vam odda bir xeyli qaynadın. Nəzərə alın ki, nə qədər çox qaynasa, o qədər xeyirlidi. Bu qarışımdan gündə iki dəfə mütləqyeyin: səhər acqarına və yatmağa getməzdən iki saat qabaq. Gün ərzində hər dəfə siqaret çəkəndən sonra da yemək məsləhətdir. Mümkün olduğu qədər,çəkdiyiniz siqaretlərin sayını azaldın və bu qarışımdan istifadə edin. Siqaret çəkmədiyiniz saatlarda qarışımdan yesəniz, ağciyərləriniz daha sürətlə təmizlənəcək.

Siqareti tərgitmək istəsəniz bu qarışımı gün ərzində az-az, amma tez-tez yeyin. İki həftə bu məsləhətə əməl etsəniz, ciyərlərinizdəki təmizliyi hiss edəcəksiniz.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR