İlk Avropa Oyunlarında idman arenalarına və mehmanxanalara rahat getmək üçün xüsusi məntəqələr hazırlanacaq

13:23 23 Aprel 2015
52 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, Səxavət Quliyev, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının keçirildiyi günlərdə azarkeşlərin və qonaqların idman arenalarına və mehmanxanalara rahat getmələri üçün xüsusi məntəqələr yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı-2015” Əməliyyat Komitəsinin nəqliyyat departamentinin rəhbəri Panos Protopsaltis deyib.
O bildirib ki, bu məntəqələr metronun “Gənclik”, “20 Yanvar”, “Koroğlu”, “Elmlər Akademiyası”, “28 May” və “Nizami” stansiyalarının yaxınlığına quraşdırılacaq. Azarkeşlər və qonaqlar həmin məntəqələrdə “Ekspres” avtobusların xidmətindən yararlanacaqlar. Yüksək səviyyəli xidmət göstərəcək avtobuslar yarış günlərində “Bakı-2015” üçün nəzərdə tutulan marşrut üzrə hərəkət edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilk_Avropa_Oyunlarinda_idman_arenalarina_ve_mehmanxanalara_rahat_getmek_uchun_xususi_menteqeler_hazirlanacaq-848992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR