Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində elmi-nəzəri konfrans

Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində elmi-nəzəri konfrans
14:13 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Muzey Mərkəzində “XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində reallaşıb.
Sənətşünaslıq doktoru Rauf Fərhadov Bakıda təşkil edilən müasir musiqi festivallarının əhəmiyyətindən, tanınmış musiqiçilərin bir araya gəlməsində belə tədbirlərin rolundan danışıb.
Konfransda rusiyalı mütəxəssislər Yekaterina Okuneva “Bo Nilssonun “Brief an Gösta Oswald” trilogiyası 1950-60-cı illər avanqardının bədii axtarışları kontekstində”, Tatyana Sareqradskaya “Vokal musiqidə bəstəkarlıq vasitələri sistemində fonetika: Maurisio Kagel və Luçano Berio”, Vladislav Tarnopolski “Vladimir Tarnopolskinin “Kölgənin o biri tərəfində” operası çağdaş musiqili teatr janrı kontekstində”, Marianna Vısotskaya “Poetik struktur kompozision invariant kimi: Fərəc Qarayevin “Jorney to love” mooperası” və azərbaycandan sənətşünaslıq namizədi Raya Abbasova “Firəngiz Əlizadənin “İntizar” operasında verbal və musiqi ünsürlərinin qarşılıqlı əlaqələri” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlar mövzuya uyğun slaydla müşayiət olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qara_Qarayev_VI_muasir_musiqi_festivali_cherchivesinde_elmi_nezeri_konfrans-849008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR