Sentyabrda turizm

Yay istirahətinin artıq son günlərini yaşayırıq.

Avqust ayı ilə müqayisədə hər il sentyabr ayında turizm sahəsində durğunluq müşahidə edilir. Bu da yeni dərs ilinin başlanması və yay məzuniyyətinin yekunlaşmasıyla bağlıdır.

“Sentyabr ayında turizm sahəsində təxminən 50-60% azalma müşahidə edilir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının Xarici turizm komitəsinin rəhbəri Ayxan Allazlı bildirib.

Onun sözlərinə görə, sentyabr ayından fevral ayına qədər insanlar qış mövsümündə istirahət etmək üçün ölkələr haqqında məlumat almağa çalışırlar:

“Bu, daha çox yeni il dövrünü əhatə edir. Noyabr, dekabr aylarından başlayaraq insanlar Novruz bayramı ilə bağlı maraqlanmağa başlayırlar. Yanvar ayının axrı, fevral ayından da növbəti ilin Türkiyə istiqamətində rezervasiyası başlayır. Müvafiq olaraq, insanlar erkən rezervasiya qiymətləri ilə maraqlanmağa başlayırlar. Qiymətlərdən razı qalanlar, rezerv edirlər. Bu ölkələr sırasında Türkiyə ilə yanaşı, erkən rezervasiyanı təklif edən digər dövlətlər də olur”.

"Baku Travel and Tourism" şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev qeyd edib ki, hazırda ərəb turistlərin sayında azalma müşahidə edilir:

“Rus turistlər isə gəlməkdə davam edir. Onlar dəmir yolu vasitəsilə gəlir, burada ya kirayə evlər tutur, ya da hostellərdə qalırlar. Türkmən turistlər isə dəniz vağzalı vasitəsilə gəlirlər. Onlara burada qalmaq rahatdır. Misirin Şarm-əş-Şeyx şəhərinə birbaşa reyslər açıldığı üçün bu istiqamətdə gedən turistlərin sayında artım yaşanır. Hazırda qeyd olunan istiqamət üzrə erkən rezervasiyalar başlayıb. Təxminən, 300-500 dollardan başlayaraq turlar satılır. Bir azdan Dubay turları başlayacaq. Çünki yeni il Dubayda daha gözəl keçir. Sentybar ayında qonşu ölkələrə turlar davam edir. Hazırda bu ölkərdə milli valyuta ucuzlaşdığından, ora səfər etmək sərf edir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yayda Azərbaycana hansı turistlər üz tutur? - Kimlər gəldi, kimlər getdi... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR