Nepalda vertolyot qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin mərkəzi hissəsində baş verib. "Altitude Air" şirkətinə məxsus vertolyotun qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub. Onlardan 5-i Nepal, 1-i isə Yaponiya vətəndaşıdır.
Bildirilir ki, xilasetmə əməliyyatı əlverişsiz hava şəraiti səbəbindən çətinləşib.
Milli.Az