Play Store

Azərbaycan məktəblilərində İKT sahəsinə maraq aşılanır

Azərbaycan məktəblilərində İKT sahəsinə maraq aşılanır
16:11 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Qadınlarının İKT Klubu (FEMMES DIGITALES) Azərbaycan məktəbləri üzrə illik ekskursiyanın açılışını edib.
 
Bu gün dünyada, o cümlədən Azərbaycanda beynəlxalq “İKT-də qızlar günü” qeyd edilir.
 
Bu əlamətdar gün münasibətilə “FEMMES DIGITALES” klubu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan məktəbləri üzrə illik ekskursiyasının açılışını edib. İlk tədbir akademik Zərifə Əliyeva adına Liseydə baş tutub.
 
Tədbir iştirakçıları qeyd ediblər ki, bu tip tədbirlərin məqsədi yuxarı siniflərdə təhsil alan qızları informasiya texnologiyaları sahəsində peşə seçimi imkanları barəsində məlumatlandırmaqdır.
 
“FEMMES DIGITALES” klubunun yaradıcısı, “Best Solutions” şirkətinin təsisçisi Yana Krimpe tədbir çərçivəsində liseyin yuxarı sinif şagirdlərinə beynəlxalq “İKT-də qızlar günü”, eləcə də sahənin qadın cinsin nümayəndələri üçün hansı üstünlüklərə malik olması barədə məlumat verib.

Klub üzvləri qızlarla yaxından söhbət edib, onları maraqlandıran sualları cavablandırıblar.

“Məqsədimiz qızları İKT sahəsində peşə seçiminə sövq etmək, onlara İT sektorunda uğurla çalışan rəhbər qadınlardan nümunələr göstərməkdir. Azərbaycanda qadınlar üçün iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT sahəsində uğur qazanmaq üçün gözəl şərait yaradılıb. Məlum olduğu kimi, Azərbaycan bütün aparıcı şirkətlərin, həmçinin “Microsoft”, “HP”, “Oracle” klubun üzvüdür. Bu şirkətlər sertifikatlaşdırılmış proqramlara malikdir. Biz qızların İT təlimlərdə iştirak etməsi ilə bu sahədə onları təhsil almağa cəlb etməyi planlaşdırırıq. Gələcəkdə qızları buna sövq edən müxtəlif proqramlar təşkil olunacaq”, - Y.Krimpe qeyd edib.  
 
Qeyd edək ki,  bu gün klub tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə bir neçə tədbir təşkil edilib.

Belə ki, "FEMMES DIGITALES” klubunun təsisçiləri Yüksək Texnologiyalar Parkı ilə birlikdə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB ölkələri üzrə zona şöbəsinin onlayn konfransında iştirak ediblər. Moskva Texniki Rabitə və İnformatika Universiteti ilə birgə əməkdaşlıqda təşkil olunan videokonfrans beynəlxalq “İKT-də qızlar günü”nə və BTİ-nin 150 illiyinə həsr edilib.

Bu gün həmçinin ADA Universitetində “Azərbaycanın rəqəmli qızları: İKT sahəsinin qadınların həyatında rolu” mövzusunda konfrans keçirilib.
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36378-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR