Avropada son yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

Avropada son yarımfinalçılar müəyyənləşir -   YENİLƏNİR
17:32 23 Aprel 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ardınca Avropa Liqasında da 1/4 finala yekun vurulur. Fanat.az хəbər verir ki, bu gecə baş tutacaq 4 matçda 4 yarımfinalçı müəyyənləşəcək.

Qrup mərhələsində "Qarabağ"a rəqib olmuş "Dnepr" "Brügge"ni qəbul edəcək. Komandalar arasında Belçikada baş tutan oyun 0:0 hesabı ilə başa çatıb. "Brügge"yə mərhələ keçmək üçün qollu heç-heçə də sərf edir. "Dnepr" isə mütləq qalib gəlməlidi.

Digər Ukrayna təmsilçisi "Dinamo" İtaliyada "Fiorentina"nın qonağı olacaq. Komandalar arasında Kiyevdə baş tutan oyun 1:1 hesabı ilə başa çatıb. Bu səbəbdən italyanlara 0:0 hesablı heç-heçə də sərf edir. "Dinamo" isə 2:2 və daha böyükhesablı heç-heçə, həmçinin istənilən hesablı qələbə sayəsində yarımfinala adlayacaq.

Rusiya "Zenit"i doğma arenada "Sevilya"nı qəbul edəcək. İspaniyada 1:2 hesablı qələbə qazanan Sankt-Peterburq təmsilçisi evdə 1:0 hesablı qələbə sayəsində adını yarımfinala yazdıra bilər.

"Napoli" İtaliyada "Volfsburq"u qəbul edəcək. Almaniyadakı matçda 4:1 hesablı qələbə qazanan italyanlar cütün taleyini həll edib. "Volfsburq" mərhələ keçmək üçün ən azı 3:0 hesablı qələbə qazanmalıdı.

Avropa Liqası
1/4 final
Cavab oyunları

23 aprel
00.05 Zenit (Rusiya) - Sevilya (İspaniya)
İlk oyun - 1:2.
Hakimlər: Nikola Rizzoli, Elenito Di Liberatore, Mauro Tonolini, Canluca Kariolato (İtaliya).
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (İtaliya).
Sankt-Peterburq. Petrovski stadionu.

00.05 Dnepr (Ukrayna) - Brügge (Belçika)
İlk oyun - 0:0.
Hakimlər: Alberto Mallenko, Roberto del Palomar, Pau Devis, Raul Kabanero (İspaniya).
Əlavə köməkçi hakimlər: Karlos Qomes, Xavyer Estrada (İspaniya).
Kiyev. Olimpiya stadionu.

00.05 Fiorentina (İtaliya) - Dinamo (Kiyev, Ukrayna)
İlk oyun - 1:1.
Hakimlər: Jonas Eriksson, Matias Klasenius, Daniel Varnmark, Mehmet Kulum (İsveç).
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (İsveç).
Florensiya. Artemio Françi stadionu.

00.05 Napoli (İtaliya) - Volfsburq (Almaniya)
İlk oyun - 4:1.
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün, Cem Satman (Türkiyə).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Halis Özkahya (Türkiyə).
Napoli. San Paolo stadionu.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropada-son-yarmfinalclar-muyynlir-t40212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR