"Real"ın baş məşqçisi Xulen Lopeteqi komandanın əsas qapıçısını müəyyənləşdirməyə yaxındır.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, əsas qapıçı böyük ehtimalla Tibo Kurtua olacaq.

Belçikalı qolkiper "Atletico" ilə matçda start heyətdə meydana çıxacaq. Navas Kosta-Rika millisinə çağırılmaqdan imtina edib və "Real"ın düşərgəsində qalıb. O, Lopeteqini Kurtuadan daha yaxşı formada olduğuna inandırmaq üçün bu adddımı atıb.

Amma Navasın buna müvəffəq olmadığı vurğulanıb. "Real" müxtəlif turnirlərə görə, qapıçıları növbə ilə oynatmağı planlaşdırmır.

Milli.Az