Azərbaycan ilə Əlcəzair arasında birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar var

Azərbaycan ilə Əlcəzair arasında birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar var
18:03 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan ilə Əlcəzair arasında energetika, sənaye və investisiya qoyuluşu sahələrində birgə layihələrin həyata keçirilməsi, təhsil və təcrübə mübadiləsi üçün böyük imkanlar var.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 23-də Azərbaycanın energetika naziri Natiq Əliyev ölkəmizdə səfərdə olan Əlcəzairin Energetika Nazirliyinin baş katibi, bu ölkənin OPEC-dəki nümayəndəsi Əhməd Messili ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
N.Əliyev Azərbaycan və Əlcəzair arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Əlcəzair nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi qeyd edilib, hazırda Azərbaycan və Əlcəzair arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla davam etməsindən məmnunluq ifadə olunub.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkəmizin əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat infrastrukturuna və böyük iqtisadi potensiala malik olduğunu deyib. N.Əliyev regional enerji layihələrindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışıb.
Əlcəzair iqtisadiyyatı və ölkəsində həyata keçirilən layihələr barədə danışan Əhməd Messili Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib, ölkələrimiz arasında energetika, sənaye və investisiya qoyuluşu sahəsində birgə layihələrin həyata keçirilməsi, təhsil və təcrübə mübadiləsi üçün böyük imkanların olduğunu bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Alcezair_arasinda_birge_layihelerin_heyata_kechirilmesi_uchun_boyuk_imkanlar_var-849128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR