Hər gün ət suyu için

Şagirdlərin yeni dərs ilində daha çox biliyə yiyələnmələri üçün güclü yaddaşa ehtiyacları var. Dietoloqlar da bunu nəzərə alaraq beyni qidalandıran, yaddaşı gücləndirən qidaları açıqlayıblar.

Metbuat.az "CNN Türk.com"a istinadla bildirir ki, ət suyunun tərkibindəki prolin, qilisin, kolajen amino turşuları beyni qidalandırır, bağırsaqdakı yararlı bakteriyaları yeniləyir.

B 16 vitamini ilə zəngin lifli qidalar yaddaşı gücləndirir.

Yaşıl çayın tərkibindəki "L-Theanine" adlı amin turşusu yaradıcılığınızı artıracaq.

Meyvə-tərəvəz, kakao və çay - bu qidalarda olan "polipenol" beyin gücünü artıraraq beynin daha aktiv olmasını təmin edir.

D vitamini ilə zəngin olan yumurta hüceyrələrin öz-özünə yenilənməsini təmin edir və beynin fəaliyyətini artırır.

Qatığın tərkibindəki "tirozin" adlı maddə yaddaşı gücləndirir, beynə xəbərdarlıq edir.

Omega-3 yağları həm beyni qoruyur, həm də yaddaşı gücləndirir.


Təbii antioksidant və C vitamini ilə zəngin olan çiyələk yaş artdıqca zəifləyən beyin funksiyalarını nizamlayır.


Aysel Yaqubqızı / Metbuat.az

Zəm-zəm quyusu haqqında BİLİNMƏYƏNLƏR - Yapon alimdən İNANILMAZ AÇIQLAMA - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR