Ərəb koalisiyası Yəməndə “Ümidə dönüş” adlı yeni əməliyyata başlayıb

Ərəb koalisiyası Yəməndə “Ümidə dönüş” adlı yeni əməliyyata başlayıb
18:48 23 Aprel 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Ərəb koalisiyası Yəməndə “Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançılarına qarşı həyata keçirilən “Qətiyyət tufanı” əməliyyatının başa çatmasından sonra “Ümidə dönüş” adlı yeni əməliyyata başlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, koalisiya komandanlığının rəsmi nümayəndəsi general Əhməd Əsiri bu əməliyyatın əsas hədəfində dinc əhalinin qorunması, terrorla mübarizə və siyasi prosesin bərpasının dayandığını bəyan edib. Generalın sözlərinə görə, əməliyyat özündə həm siyasi-diplomatik, həm də hərbi xarakterli tədbirləri birləşdirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Areb_koalisiyasi_Yemende_Umide_donus_adli_yeni_emeliyyata_baslayib-849167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR