Pomidoru soyuducuda SAXLAMAYIN -

Yediyimiz, içdiyimiz qidaların xarab olmaması üçün soyuducuda saxlayırıq. Ancaq çox insan bilməsə də, bəzi qidaları soyuducuya qəti qoymaq olmaz.

Metbuat.az Türkiyə KİV-nə istinadla bildirir ki, yeməklərdə və salatda istifadə etdiyimiz pomidoru çox insan soyuducuda saxlayır. Əslində pomidoru soyuducuya qoyduğumuzda onlar yumşalmağa başlayır və bakteriyalar əmələ gətirir, bu formada istifadə edildiyi zaman sağlamlıq problemlərinə səbəb olur.

Soyuducuda saxlanılan çörək içərisindəki nəmi itirir və bayatlayır.

Soğanı otaq temperaturunda kartofdan uzaq saxlamaq lazımdır.

Kartofu da qətiyyən soyuducuya qoymayın. Soyuducuya qoyulan kartofun görüntüsündə dəyişiklik olmasa da, içərisi xarab olmağa başlayır və istifadə edildiyində ciddi sağlamlıq problemlərinə gətirib çıxarır.

Banan qabığı ilə üzünüzü masaj edin - MÖCÜZƏDİR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR