Romada Azərbaycanın turizm imkanları təqdim olunub

Romada Azərbaycanın turizm imkanları təqdim olunub
20:48 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Roma, 23 aprel, AZƏRTAC
Romada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Classis Project” təşkilatı tərəfindən “Turizm Azərbaycan və İtaliya arasında körpü kimi” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycanın turizm potensialı, ölkəmizdə bu sahənin inkişafına yönəlmiş iri həcmli layihələrin həyata keçirilməsi, eyni zamanda, İtaliya ilə müvafiq istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bildirilib ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Milan-Bakı və Bakı-Roma-Bakı marşrutu üzrə aviareyslərinin sayının artırılması bu istiqamətdə tərəfdaşlığın yüksək səviyyədə olmasından irəli gəlir.
Tədbir çərçivəsində Şuranın dəstəyi ilə yaradılmış “Sirli Azərbaycan” veb-portalının və “Via della seta” (“İpək yolu”) jurnalının təqdimatı olub. Vurğulanıb ki, bu cür vasitələr Azərbaycanın zəngin mədəni irsi, tarixi, turizm imkanları ilə yaxından tanış olmaq istəyən italiyalılar üçün zəngin mənbələrdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Romada_Azerbaycanin_turizm_imkanlari_teqdim_olunub-849234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR