Vüqar Həşimovun xatirə turnirində iştirakçılar üçün mini-futbol üzrə yarış təşkil olunub - FOTO

Vüqar Həşimovun xatirə turnirində iştirakçılar üçün mini-futbol üzrə yarış təşkil olunub - FOTO
20:57 23 Aprel 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Mərhum şahmatçı Vüqar Həşimovun xatirə turnirində iştirakçıların istirahət gününü yaddaqalan etmək üçün mini-futbol üzrə yarış keçirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, turnirdə 4 komanda mübarizə aparıb. Püşkün nəticəsinə görə, ilk oyunda media işçilərindən ibarət yığma Azərbaycan şahmatçılarına qarşı oynayıb.

Rauf Məmmədov, Nicat Abbasov, Eltac Səfərli və Şəhriyar Məmmədyarov kimi şahmatçıların forma geyindiyi komanda mətbuat nümayəndələrinə uduzub. Digər yarımfinal oyununda dünya ulduzları ilə “Şəmkir Kapital Qrup”un komandası üz-üzə gəlib. Maqnus Karlsen, Fabiano Karuana və Maksim Vaşye-Laqravın çıxış etdiyi dünya yığması meydan sahiblərinə məğlub olub.

Mükafatçıları təyin edən qarşılaşmada meydan əvvəlcə 3-cü yer uğrunda görüşə çıxan komandalara verilib. Azərbaycan yığması dünya ulduzlarına qarşı matçda da yenilib. Final isə gərginliyi ilə yadda qalıb. Media komandası hesabda irəlidə olsa da, yekunda oyun “Şəmkir Kapital Qrup”un 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Yarışın sonunda ilk 3-lüyə düşən komandalara kubok təqdim olunub.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR