Şəhriyar Məmmədyarov və Rauf Məmmədov Vüqar Həşimovun xatirə turnirinin 6-cı turunda heç-heçə oynayıblar

Şəhriyar Məmmədyarov və Rauf Məmmədov Vüqar Həşimovun xatirə turnirinin 6-cı turunda heç-heçə oynayıblar
21:08 23 Aprel 2015
114 İdman
Ölkə mətbuatı
A- A+


Şəmkir, 23 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Şəmkirdə istirahət günündən sonra Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir yenidən start götürüb.
AZƏRTAC xəbər verir ki, bu gün 6-cı turun partiyaları oynanılır. Turnirin lideri, dünya çempionu Maqnus Karlsen hollandiyalı Aniş Giri ilə sülh bağlayıb. Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov da heç-heçə oynayıblar. Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Uesli So ilə, Rauf Məmmədov isə Vişvanatan Anand (Hindistan) ilə xalı bölüşüb.
Maykl Adams (Böyük Britaniya) - Maksim Vaşye-Laqrav (Fransa), Vladimir Kramnik (Rusiya) - Fabiano Karuana (İtaliya) partiyaları hələ davam edir.
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir aprelin 26-dək davam edəcək.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehriyar_Memmedyarov_ve_Rauf_Memmedov_Vuqar_Hesimovun_xatire_turnirinin_6_ci_turunda_hech_heche_oynayiblar-849253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR