Nazirlik aztəminatlı ailəyə yardım edib

Masallı rayon, Qızılağac kənd sakini Elnurə Əsgərovanın həyat şəraiti ilə bağlı bəzi mətbuat orqanlarında yayımlanan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailənin yaşadığı ünvanda olublar.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, ailənin ünvanlı dövlət sosial yardımı alması üçün mövcud qanunvericilik izah olunub, həmçinin ünvanlı yardım üçün ərizənin elektron sistem vasitəsilə təqdim edilməsinə köməklik ediləcəyi də bildirilib.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan çanta və gündəlik məktəb ləvazimatlarından ibarət hədiyyə dəsti Elnurə Əsgərovanın övladlarına təqdim edilib. Bundan başqa ailəyə ərzaq yardımı köməkliyi göstərilib.

Bakıdakı TIXACIN SƏBƏBİ - "İctimai nəqliyyatın prestiji qaldırımalıdır" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR