​Almaniya prezidenti 1915-ci il hadisələrini "soyqırımı" adlandırıb

​Almaniya prezidenti 1915-ci il hadisələrini "soyqırımı" adlandırıb
03:02 24 Aprel 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Almaniya prezidenti Yoahim Qauk 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri "erməni soyqırımı" adlandırıb və həmin hadisələrə görə məsuliyyətin bir hissəsini Almaniyanın üzərinə qoyub.
"Report" "Deutsche Welle"ə istinadən xəbər verir ki, aprelin 23-də Berlin kafedral kilsəsində ibadətdən sonra çıxış edən dövlət başçısı cümə günü bundestaqın iclasında təsdiq edilməsi planlaşdırılan hakim koalisiya formulu çərçivəsindən kənara çıxıb.
"Hazırda bizim, almanların qarşısında söhbətin qondarma "erməni soyqırımı"na görə məsuliyyət və hətta ola bilsin günah payından getdiyi həmin hadisələrə baxışın yenidən nəzərdən keçirilməsi vəzifəsi durur", - deyə prezident hərbi kayzer Almaniyasının deportasiyalarda iştirakını nəzərə alaraq bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/almaniya-prezidenti-1915-ci-il-hadiselerini-soyqirimi-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR