Fransada yeni terror təhlükəsi

Fransada yeni terror təhlükəsi
03:26 24 Aprel 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa polisi son aylar ərzində beş terror hücumunun qarşısını alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə baş nazir Manuel Valls bildirib.

Valls deyib ki, son hücum planı Paris yaxınlığındakı kilsələrə qarşı olub. Bazar günü iddia edilən plana görə əlcəzairli şəxs həbs edilib. O, təsadüfən özünü güllələyib və təcili yardım çağırıb.

“Təhlükə heç vaxt bu qədər yüksək olmayıb” deyə Valls Fransa radiosuna bildirərək “Biz tariximiz boyu heç vaxt belə terrorla üzləşməmişik” əlavə edib.

Qeyd edək ki, Fransa, “Charlie Hebdo” jurnalına və yanvar ayında 17 nəfərin ölümü ilə nəticələnən yəhudi dükanına hücumun ardından təhlükəsizliyi gücləndirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR