Avropa çempionumuz gücünü sınayacaq

Avropa çempionumuz gücünü sınayacaq
05:01 24 Aprel 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Bu gündən aprelin 26-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək.

ANS PRESS-in məlumatına görə, 53-cü dəfə keçiriləcək turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edəcək. Bu barədə Azərbaycan Güləş Federasiyasından bildiriblər.

Aprelin 6-dan Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışında olan yığmamız turnirdə baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq.

Heyətdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yer alıblar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=340055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR