Maliyyə şirkətləri kiberhücumlarla mübarizəni gücləndirib

Maliyyə şirkətləri kiberhücumlarla mübarizəni gücləndirib
16:35 21 Sentyabr 2018
Ölkə mətbuatı
A- A+

Banklar və sığorta şirkətləri 2018-ci ildə kiberhücumların 81 faizinin qarşısını almağa nail olublar. Bu, ötən ilin göstəricisindən 66 faiz çoxdur. Bu barədə “Accenture Security” şirkətinin korporativ İT təhlükəsizliyi sahəsində 880 peşəkar arasında keçirdiyi sorğu əsasında tərtib edilən tədqiqatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətin haker hücumlarına qarşı qlobal təhlükəsizlik üzrə direktoru Kris Tompsonun sözlərinə görə, son bir neçə ildə maliyyə şirkətləri təhlükəsizliyə daha çox diqqət yetirməyə başlayıblar. Onlar daha çox ümumi kibertəhdidlərin qarşısını almaq üçün bacarıq səviyyələrini artırırlar.

Rəyi soruşulanların 83 faizi yeni texnologiyaları şirkətlərin təhlükəsizliyinin təmini üçün vacib hesab edir. Tədqiqatda, həmçinin qeyd olunur ki, maliyyə sektoruna kiberhücumların 69 faizi şirkətlərin əməkdaşları tərəfindən aşkarlanır.

Bildirilir ki, kibertəhdidlərin təxminən yarısı (47 faiz) 1-7 gün, 11 faizi isə 1 gün ərzində aşkar edilir. Hücumların 33 faizi 1-4 həftə, 9 faizi 1 ay sonra aşkarlanır.

K.Tompsonun sözlərinə görə, şirkətlər tərəfindən müxtəlif kibermühafizə vasitələrindən istifadə edilməsi ilə əlaqədar olaraq kibertəhlükəsizliyə daha çox təsir göstərən texnologiyaları müəyyənləşdirmək çətinlik törədir.

Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-56657-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR