Səudiyyə Ərəbistanında İLK DƏFƏ:

Səudiyyə Ərəbistanında ilk dəfə rəsmi kanalda qadın aparıcı xəbərləri təqdim edib.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, dünən ölkənin rəsmi televiziya kanalı Saudi TV-də Viam ed-Dahil adlı qadın aparıcı tamaşaçıların qarşısına çıxıb. Aparıcı kanalın və yeni xəbərlər buraxılışının anonsunu həmkarı Ömər en-Neşvanla birlikdə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında son dövrdə qadınlara avtomobil idarə etmək, idman yarışlarında stadionda iştirak etmək kimi yeni hüquqlar verilib.

Aysel Yaqubqızı / Metbuat.az

Məşhur modelin aylıq gəliri AÇIQLANDI - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR