Yaponiyada millimizin başına iş gəldi

Yaponiyada millimizin başına iş gəldi
10:32 24 Aprel 2015
159 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın cüdo üzrə millisi aprelin 22-də Yaponiyadan qayıdıb
Komanda.az xəbər verir ki, millimiz “gündoğar ölkə”də təlim-məşq toplanışında olub. Komandamız yapon cüdoçularla birgə məşq ediblər. Ancaq Azərbaycan millisi Yaponiyadan vaxtından əvvəl qayıdıb. Daha doğrusu, millimizi Yaponiyadan deportasiya ediblər. Səbəb kimi isə milli üzvlərinin mağazadan oğurluq etməsi göstərilib. Millinin üzvləri - Mehman Sadıqovla Qurban Qurbanov bu ölkənin ticarət mərkəzlərindən birində alış-veriş edərkən oğurluq etməkdə günahlandırılıblar. Polis azərbaycanlı idmançıları həbs edib. Nəticədə millimiz tam tərkibdə Yaponiyadan deportasiya olunub. Məsələ ilə bağlı “Futbol+” qəzetinə danışan millinin köməkçi-məşqçisi Mehman Əzizov mağazadakı insidenti təkzib edib:

“Bizim məşqimizdən sonra azyaşlı yapon uşaqların məşqi olurdu. Cüdoçularımızdan biri uşaqlardan hansınısa başı üzərinə qaldırıb, şəkil çəkdirdi. Bu da uşağa olan sevgidən qaynaqlanırdı. Uşağın valideyni baş məşqçiyə şikayət etdi. Oğurluq hadisəsi isə olmayıb”.

Ancaq məsələdə adı hallanan Mehman Sadıqov mağazada insident yaşandığını etiraf edib:

“Əslində orada baş verən hadisə buraya bir qədər fərqli çatıb. Bəli, Qurbanla dükanda olmuşuq. Amma cibimizdə pul var idi və paltar oğurlamaqdan söhbət gedə bilməz. Paltar seçib götürdük. Ancaq üstümüzdə çek olmadığından satıcı bizi oğurluqda günahlandırdı. Ona başa salmağa çalışdıq ki, bunu oğurlamaq fikrimiz yoxdur. Bizdə dollar olduğundan pulu dəyişməliydik. “Bizi buraxın, pulu dəyişib gələk”, - dedik. Onlar isə yalnız polislə birgə gedib pulu dəyişə biləcəyimizi dedilər. Polis bizdən pasport istədi. Sənədlərimiz baş məşqçidə olduğundan, Hacıağa müəllim də oraya gəldi. Sənədlərimizi təqdim etdik, dolları yenlə dəyişib paltarı aldıq və məsələ bağlandı. Amma bu hadisəyə görə komandanı Yaponiyadan çıxartdılar”.

Onu da qeyd edək ki, Mehman Sadıqov yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında AÇ və DÇ-nin bürünc medalçısıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR