Cenevrədə Azərbaycanın İKT istiqamətində gördüyü işlərin təqdimatı keçiriləcək

10:22 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 11:15 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. May aynın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu tədbirdə Azərbaycanı nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

 

Mayın 25-29-da isə Cenevrədə BTİ-nin “İnformasiya cəmiyyəti üzrə ümumdünya sammiti” baş tutacaq.

 

Sammitdə dünya dövlətlərinin informasiya-kommunikasiya texnologiyaları, internet infrastrukturu və informasiyalı cəmiyyətin inkişafı istiqamətində gördüyü işlərdən danışılacaq. Bu beynəlxalq tədbirdə isə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də Azərbaycanın İKT istiqamətində həyata keçirdiyi işlər, əldə olunan uğurlar, yeniliklər və gələcək perspektivlər haqqında iştirakçılara ətraflı məlumat verəcək.

 

Sammitdə hər bir dövlətə həyata keçirdiyi regional və beynəlxalq layihələrin təqdimatını keçirmək üçün panellər ayrılacaq. Bu panellərdə Azərbaycanın reallaşdırmaqda olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi bir daha beynəlxalq arenadan dünya ictimaiyyətinə təqdim olunacaq.

 

Qeyd edək ki, hər il olduğu kimi, bu il də Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən ilin ən yaxşı layihələri seçiləcək (The World Summit on the Information Society - 2015 (WSIS)).

 

Azərbaycan bu müsabiqəyə TASİM layihəsini təqdim edib.

 

Layihə artıq birinci mərhələni adlayıb. İkinci mərhələ isə onlayn formada səsvermə yolu ilə keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR