Bədəninizdəki ARTIQ YAĞLARA SON

İnsanlar əsrlərdir sıyıq yeməyə üstünlük verirlər.

Metbuat.az bildirir ki, sıyıqlar orqanizm üçün olduqca faydalıdır. Xüsusilə, dənli bitkilərdən bişirilən sıyıqlar həzmdə çətinlik yaratmır və bədənin vitaminlərə olan ehtiyacını ödəməkdə əvəzsizdir.

Bu gün sizə 5 ən faydalı sıyıqdan danışacağıq:

Yulaf sıyığı

Səhər saatlarında orqanizmin sellülozaya olan ehtiyacının ödənilməsində yulaf sıyığı xeyirlidir. Həzm prosesi yaxşılaşır. Yulafın tərkibindəki liflər damarların divarlarını möhkəmləndirir. Biotin isə maddələr mübadiləsini yaxşılaşdırmaqla bərabər dərini təravətləndirir, saç və dırnaqların möhkəmlənməsinə müsbət təsir göstərir. Bir sözlə, yulaf sıyığı-gözəllik üçün yeyilən ən məhşur xörəklərdəndir.

Düyü sıyığı

Düyünün tərkibində olan Tiamin, yəni B1 vitamini beyin fəaliyyətini stimullaşdırır. Piridoksin sinir sisteminə sakitləşdirici təsir edir. Riboflavin hemopoiesis prosesini, yəni qan hüceyrələrinin formalaşmasını və inkişafını sürətləndirir.Düyü sıyığı toksinlərin bədəndən xaric edilməsinə kömək edir. Diz oynaqlarında duz yığılmasının qarşısını alır. İmmuniteti gücləndirir. Qanda şəkəri tənzimləyir.

Arpa sıyığı

Gecələr bədənimiz melatonin hormonu istehsal edir. Əgər bədənimizdə melatonin çatışmazlığı yaranırsa, bu, yuxusuzluğa və tez-tez həyəcanlanmaya səbəb olur.Melatonin çatışmazlığını aradan qaldırmaq üçün şam yeməyində arpa sıyığı yemək faydalıdır. Arpanın tərkibində florin və selenium kimi minerallar da var ki, bunlar da günü rahatlıqla başa vurmağa kömək edir. Lizin isə immun sisteminin gücləndirilməsinə və bədənin kollagen istehsalına kömək edir. Kollagen bədəndəki bütün toxumalarda mövcud olan proteindir. Həkimlər vurğulayır ki, arpa sıyığı anemiyanı aradan qaldırır.

Yarma sıyığı

Ürəyinizin sağlam olmasını istəyirsinizsə, artıq çəkidən yaxa qurtarmağa can atırsınızsa, yarma sıyığı yeyin. Yarma sıyığının tərkibi karbohidratlarla və B qrupu vitaminləri ilə zəngindir.Bu sıyıq əsəb sistemi üçün sakitləşdirici və qoruyucu təsirə malikdir.Mədə divarını sağlamlaşdırır, yaddaşı gücləndirir. Yarma sıyığı kalium və maqneziumla zəngindir. Bu minerallar ürəyi möhkəmləndirir, ürəyə qan axışını sürətləndirir. Qanı xolesteroldan təmizləyir. Yarma sıyığı pəhriz proqramlarına daxildir. Çünki onu yeyəndə bədəndə artıq yağlar yığılmır.

Qarabaşaq sıyığı

Qarabaşaq dənli bitkilərin kraliçası sayılır. Qarabaşaq sıyığı amin turşuları ilə zəngindir. Tərkibində bir çox mikroelementlər var: Dəmir, kobalt, nikel, maqnezium və kalium. Onlar orqanizmin oksigen ehtiyacının ödənməsində əhəmiyyətlidir. Qarabaşaq sıyığı toksinlərin orqanizmdən xaric edilməsinə kömək edir. A və E vitaminləri antioksidan xarakterlidir. Qarabaşaq sıyığı immuniteti gücləndirir və qocalığa mane olur.

Bakıda bu şəxs sizi də ALDADA BİLƏR - DİQQƏTLİ OLUN / Video+Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR