Ölkədə xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb -

Azərbaycanda xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, "ADEX-2018" 3-cü Beynəlxalq müdafiə sərgisində snayper nümayiş olunub.

Silahın atış məsafəsi 1500 metr olub 11 kq ağırlığındadır. Lüləsi qısaldılıb və çəkisi azaldılıb. Dəqiq atəşlə bir güllə ilə hədəfi vurmaq mümkündür. Hələlik snayperə ad qoyulmayıb.

Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində istifadəyə veriləcək.

İlham Əliyev sərgidə silahlarla tanış oldu - Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR