Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb. Sentyabrın 28-dən oktyabrın 7-nə kimi Şərqi Aralıq dənizində Azərbaycanın iştirakıyla qayığa qarşı “Mavi Balina-2018” təlimləri keçiriləcək. İŞİD Mərkəzi Asiyada “xəlifə” yaratmaq istəyir. İsrailin hərbi-siyasi kabineti ordunu Suriyada İran güclərinə qarşı əməliyyatları davam etdirməyə göstəriş verib. İran ABŞ-ı Hörmüz boğazını bağlamaqla təhdid edib.

Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb. "Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - bəyanatda deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın işğal edilmiş ərazilərimizdə hərbi təlimlər keçirməsinə münasibət bildirib.

XİN-in bəyanatında deyilir: “Kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bu ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə cari ilin 26 sentyabr tarixində Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Sentyabrın 28-dən oktyabrın 7-nə kimi Şərqi Aralıq dənizində qayığa qarşı “Mavi Balina-2018” təlimləri keçiriləcək. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, təlimlərdə ABŞ, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanı iştirak edəcək.

Türkiyə tərəfindən təşkil edilən təlimlər müttəfiqlərinin iştirakı ilə son bir neçə ildir keçirilir.

İŞİD Mərkəzi Asiyada “xəlifə” yaratmaq istəyir. Bu haqda Müstəqil Dövlətlər Birliyinin (MDB) Terrorçuluğa qarşı mərkəzinin rəhbəri, general-polkovniki Andrey Novikov deyib.

O bu haqda “İssik-Kul - Antiterror-2018” təlimləri çərçivəsində keçirilən MDB ölkələrinin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanlarının terrorçuluğa qarşı bölmələrinin rəhbərlərinin müşavirəsində bildirib.

Dəqiqələr ərzində BAŞA ÇATACAQ MÜHARİBƏ, yeni döyüş meydanı VƏ AZƏRBAYCAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Xilafət” burada DİRİLDİLİR: yeni müharibə meydanı və AZƏRBAYCAN… - DƏHŞƏTLİ PLAN