BMT-də Azərbaycana MÜHARİBƏ ELANI, ABŞ və Türkiyənin gizli Qarabağ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
23 baxış·6 dəq oxu
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər
proqramı açıqlanıb. Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş
Assambleyasının 73-cü sessiyasında çıxışında sərsəm fikirlər
səsləndirib. İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın
danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə arasındakı
gərginlik artmaqdadır. ABŞ İranı növbəti dəfə təhdid edib. ABŞ
Yaxın Şərqdəki üç ölkədən “Patriot” raketlərini önümüzdəki ay
ərzində çıxaracaq. Birləşmiş Ştatlar Rusiyanın nüvə silahını
ölkənin təhlükəsizliyi üçün ən böyük təhlükə
adlandırıb.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də
Bakıda cüdo üzrə dünya çempionatının son mərhələsinə baş çəkəcək və
Rusiya idmançıları ilə görüşəcək. Bu haqda Rusiya
liderinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, yarışda Rusiyanl 30 idmançı təmsil edir: 15 kişi
və 15 qadın.
“Prezident yarışlara baş çəkəcək, görünür, bizim
idmançılarımızla görüşəcək”, - Uşakov jurnalistlərə deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə
jurnalistlərə bildirb ki, Putinin Azərbaycana səfəri sentyabrın
27-də səhər saatlarında başlayacaq. Rusiya prezidenti Bakıda
Rusiya-Azərbaycan regionlararası forumda iştirak edəcək.
“Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region
rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər.
Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya
çempionatının bəzi görüşlərini izləyəcək”, - Kremlin sözçüsü
vurğulayıb.
Hakimiyyətə gəldiyindən bəri Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı populist və sərsəm bəyanatlarla gündəmdə olan
Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü
sessiyasında çıxışında da eyni üslubdan istifadə
edib. Paşinyan çıxışında Dağlıq Qarabağ münaqişəsi
ətrafında vəziyyəti daha da gərginləşdirəcək bəyanatlar verib.
“Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz.
Qarabağ münaqişəsinin nizama salınması Ermənistanın xarici
siyasətinin prioriteti olaraq qalır. Dağlıq Qarabağın statusu və
təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti
olacaq”, - Paşinyan sərsəmləyib.
İşğalçı ölkənin baş naziri Azərbaycanın problemin hərbi yolla
həlli ideyasından imtina etməli olduğunu və bütün əvvəlki
razılıqları yerinə yetirməli olduğunu deyib.
Bundan başqa, baş nazir münaqişənin “əsas subyekti” adlandırdığı
Dağlıq Qarabağla Azərbaycanın dialoqa başlamalı olduğu barədə
tələbini yeniləyib.
"Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil,
tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll
olunmalıdır". Bunu BMT Baş Assambleyasının 73-cü
sessiyasında çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan
bildirib.
“Dağlıq Qarabağda sülh münaqişənin həlli bizim xarici siyasət
çağırışımızda birinci yerdə dayanır”, - o deyib.
Onun sözlərinə görə, ölkəsi münaqişənin həlli üçün "konstruktiv"
fəaliyyəti aparmağa davam edəcək.
"Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT
Baş Assambleyasının kürsüsünü qarışıq salıb. O, yenə də beynəlxalq
ictimaiyyəti uğursuz şəkildə aldatmağa cəhd göstərib. Dövlət
çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın
qurulmasını demokratiya kimi təqdim etməsi cəhdləri gülünc doğurur.
Populizm, siyasi demoqoqiya və kütlələrin manipulyasiyası ilə
məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada
hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur".
Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının (PA) xarici
siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev
deyib.
PA rəsmisi: "Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb"
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən
sonra atdığı addımlar, səsləndirdiyi bəyanatlar onun haqqında
birmənalı fikir yaratmır. Erməni siyasi şərhçi Samvel
Akopyanın “Nikol Paşinyan: tütün qutusunda baş nazir” sərlövhəli
məqaləsində irəli sürdüyü versiyalarsa xüsusilə diqqət çəkir.
Akopyan Paşinyanı ABŞ-ın hakimiyyətə gətirdiyini və qarşısına
konkret hədəflər qoyduğunu deyir.
ABŞ və Türkiyənin gizli Qarabağ PLANI ORTAYA ÇIXDI: qutu açılacaq, Paşinyan... - SENSASİYA
ABŞ Avropa Birliyinə imkan verməyəcək ki, İrana qarşı
tətbiq edilən sanksiyalardan yayına bilsin. Bunu
jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik
müşaviri Con Bolton deyib.
“ABŞ İrana qarşı sanksiyalar rejimini aqressiv şəkildə tətbiq
edir. Biz Avropaya və ya hər hansı başqa ölkəyə sanksiyalardan
yayınmağa imkan verməyəcəyik. ABŞ 4 noyabrda bütün İran neftini
alan ölkələrdən idxalı sıfır həddinə çatdırmalarını gözləyir. İran
neftinə qarşı sanksiyalarımız 5 noyabrda qüvvəyə minir.
SWIFT kimi maliyyə mübadiləsini həyata keçirən şirkətlər İranla
münasibətlərinə yenidən baxmalıdırlar və belə bir riskə getməyə
hazır olub-olmadıqlarını müəyyən etməlidirlər. SWIFT bundan öncə
İran rejimi ilə əlaqələrini kəsən şirkətlərdən nümunə
götürməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, İran SWIFT sistemindən 2012-ci ildən çıxarılıb.
Vyanada nüvə müqaviləsinə imza atdıqdan sonra yenidən sistemə geri
qaytarılmışdı.
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın
danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə arasındakı
gərginlik artmaqdadır. ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton İrana çox
sərt sözlərlə xəbərdarlıq edib.
Nyu-Yorkda keçirilən bir konfransda çıxış edən Con Bolton İranın
hazırkı siyasətini dəyişdirməli olduğunu bildirib.
“İran vətəndaşlarımıza, müttəfiqlərimizə və partnyorlarımıza
zərər verərsə, qiyamət qopacaq. Bu ölüm saçan rejim və onun
tərəfdarları davranışlarını dəyişdirməsə, nəticələrinə hazır
olmalıdır. Bugünkü mesajım çox açıqdır, biz sizi izləyirik və
arxanızdayıq”, - prezidentin məsləhətçisi deyib.
Türkiyə ABŞ-ın sanksiya siyasəti ucbatından İrandan
qaz idxalını dayandırmaq niyyətində deyil. Bunu
“Röyter”ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
deyib.
“Barak Obamanın da dönəmində belə situasiya olub. Əgər biz bunu
idxal edə bilməsək, o zaman bizim xalq qışda nə ilə isinəcək? Bu
gün qaz ehtiyacımızın 50%-ni Rusiyadan, qalan hissəsini isə
Azərbaycan, İran, İraq və bəzən də Əlcəzairdən alırıq”, – deyə o
jurnalistin sualını cavablandırarkən deyib.
ABŞ Yaxın Şərqdəki üç ölkədən “Patriot” raketlərini
önümüzdəki ay ərzində çıxaracaq. Bu barədə “The Wall
Street Journal” nəşri Pentaqondakı yüksəkvəzifəli mənbəyə istinadən
məlumat yayıb.
Nəşr yazır ki, İordaniya, Küveyt və Bəhreyndəki “Patriot”lar
çıxarılacaq.
“Küveytdə iki, digər ölkələrin hər birində isə bir “Patriot”
var. Bu ölkələrdən çıxarılacaq raketlərin hara yerləşdiriləcəyi
hələlik açıqlanmır. ABŞ Yaxın Şərq və Əfqanıstandan tədricən
çıxır”, - deyə nəşr yazıb.
Hərbi mənbə Vaşinqtonun Çin və Rusiya ilə qarşıdurmaya daha çox
diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.
Birləşmiş Ştatların təhlükəsizliyinə ən böyük
təhlükə Rusiyanın nüvə silahıdır. Bu haqda Virciniya
Hərbi İnstitutunda çıxışında ABŞ-ın müdafiə naziri Ceyms Mettis
bildirib.
“Əgər xarici təhlükələrə baxsaq, birinci yerdə Rusiyanın nüvə
təhdidi, daha sonra isə Çin və Şimali Koreya gəlir. Nüvə təhlükəsi
haqqında çox danışmırlar. Amma bu, real təhlükədir və onun
öhdəsindən gəlmək üçün tədbirlər görmək lazım olur. Təmkinli olmaq
lazımdır, çünki nüvə müharibəsini udmaq mümkün deyil, ona görə də
heç bir halda bu müharibəyə başlamaq olmaz”, - Pentaqonun başçısı
qeyd edib.