Belarus ilə Azərbaycanın İKT sahəsində yaxşı əməkdaşlıq perspektivləri var

Belarus ilə Azərbaycanın İKT sahəsində yaxşı əməkdaşlıq perspektivləri var
11:33 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Belarus ilə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yaxşı əməkdaşlıq perspektivləri var. AZƏRTAC Belarus KİV-lərinə istinadla xəbər verir ki, bu fikri Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnfrastrukturun inkişafı şöbəsinin müdiri Mirheydər İsmayılov İnformasiya cəmiyyəti texnologiyaları üzrə XXII Belarus konqresinin açılışında səsləndirib.
M.İsmayılov deyib: “Belarus ilə Azərbaycan arasında dinamik inkişaf edən elmi-texniki tərəfdaşlıq İKT sahəsində birgə layihələrin həyata keçirilməsi üçün ölkələrimiz qarşısında açılan bitib-tükənməz imkanlardan və uzunmüddətli perspektivlərdən inamla danışmağa imkan verir. Bu sahədə intensiv qarşılıqlı fəaliyyət ölkələrimizin potensialının güclənməsinə, habelə qabaqcıl texnologiya və innovasiyaların tətbiqinə yol açır”.
Belarusun rabitə naziri Sergey Popkovun başçılığı ilə həmin nazirliyin nümayəndə heyətinin bu ilin martında Azərbaycana səfər etdiyini vurğulayan M.İsmayılov söyləyib: “Bir sıra sənədlər imzalanıb, birgə işin elektron təhlükəsizlik, informasiyalaşdırma, yüksək texnologiyalar parklarının əməkdaşlığı kimi istiqamətləri seçilib. Üçüncü Belarus-Azərbaycan biznes-forumunun keçirilməsi məsələsi də müzakirə edilib ki, bu da az əhəmiyyət daşımır, çünki informasiya-komminikasiya texnologiyaları sahəsində ikinci Belarus-Azərbaycan biznes-forumu dövlətlərrası münasibətlərin daha da genişlənməsi platformasına çevrilib”.
2015-ci il aprelin 22-dən 25-dək Minskdə telekommunikasiyalar, informasiya və bank texnologiyaları üzrə “TİBO-2015” XXII Beynəlxalq ixtisaslaşdırılmış forumu, o cümlədən “TİBO – 2015” XXII Beynəlxalq ixtisaslaşdırlmış sərgisi və informasiya cəmiyyəti texnologiyaları üzrə XXII Belarus konqresi keçirilir. Sərgidə dünyanın 13 ölkəsindən 200-dən çox şirkət iştirak edir, 20 faizi xarici eksponentlər, təqribən 30 faizi isə yeni eksponentlərdir. Onlar arasında Belarusun və xarici ölkələrin ən iri telekommunikasiya avadanlığı, kompyuter və proqram təminatı, təhlükəsizlik vasitələri və sistemləri istehsalçıları, çeşidli İKT-xidmət təchizatçıları var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarus_ile_Azerbaycanin_IKT_sahesinde_yaxsi_emekdasliq_perspektivleri_var-849362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR