Mərkəzi Bank: Kreditlərin manatla verilməməsi ilə bağlı heç bir banka göstəriş verilməyib

Mərkəzi Bank: Kreditlərin manatla verilməməsi ilə bağlı heç bir banka göstəriş verilməyib
12:32 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 13:25 ]

Tənzimləyici orqan bankların manata olan ehtiyacının təmin olunmasına çalışır

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı kreditlərin manatla verilməməsi ilə bağlı heç bir kommersiya bankına göstəriş verməyib.

 

APA-Economics”in verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında millət vəkilləri Vahid Əhmədov və Əli Məsimlinin “Banklar krediti niyə dollarla verir?” sualına cavab olaraq Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib.

 

A. Quliyevin sözlərinə görə, hal-hazırda devalvasiya ilə əlaqədar dollarlaşma prosesi gedir. “Bu gün bankların resursları dollarladır. Devalvasiyadan sonra əhali banklarda manatda olan əmanətlərini dollara çevirir. Buna görə bankların resursları dollarladır. Banklar da öz risklərini minimuma endirmək üçün kreditləri dollarla təklif edirlər. Lakin bank-müştəri  münasibətləri müqavilə ilə tənzimləndiyi üçün banklar müştəriləri dollarla kredit götürməyə məcbur edə bilməz”, - deyə sədr müavini bildirib.

 

O qeyd edib ki, dollarlaşma ilə əlaqədar Mərkəzi Bank müəyyən işlər görür. Belə ki, Mərkəzi Bank banklar üçün bir pəncərə açaraq bankların manata olan ehtiyacının təmin olunmasına çalışır. Bu isə kreditlərin manatla verilməsinə kömək məqsədi daşıyır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR