Avropa Liqasının yarımfinalında İtaliya dueli olmayacaq

Avropa Liqasının yarımfinalında İtaliya dueli olmayacaq
15:52 24 Aprel 2015
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində İtaliyanın "Napoli" və "Fiorentina" klublarının yalnız finalda bir-birinə rəqib ola biləcəkləri dəqiqləşib. 
"Napoli" Ukrayna "Dnepr"inə, "Fiorentina" Avroliqanın son qalibi İspaniya "Sevilya"sına rəqib olub. İlk oyunlar mayın 7-də, cavab görüşləri mayın 14-də baş tutacaq. Həlledici oyun isə mayın 27-də Polşanın paytaxtı Varşavadakı Milli stadionda baş tutacaq. Həmin qarşılaşmada nominal meydan sahibi funksiyasını "Napoli" - "Dnepr" cütünün qalibi yerinə yetirəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/avropa-liqasinin-yarimfinalinda-i-taliya-dueli-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR