Elektron Təhlükəsizlik Mərkəzi erməni kiberhücumları ilə bağlı xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Mərkəzi erməni kiberhücumları ilə bağlı xəbərdarlıq edib
16:31 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın, o cümlədən, Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiberqruplaşmaları tərəfindən planlaşdırılan hücumların həyata keçiriləcəyi gözlənilir.
 
Bu barədə Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin apardığı araşdırmada bildirilir.
Qurum mümkün kiberhücumların qarşısının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzinin direktoru (EMT) Faiq Fərmanov da “ictnews.az” elektron xəbər xidmətinə bildirib ki, bu gün üçün erməni kiberqruplaşmalar tərəfindən kiberhücumların edilməsi ehtimalı olduğundan ETM gücləndirilmiş iş rejimində işləyir.
 
 O qeyd edib ki, gözlənilən hücumlarla bağlı Azərbaycanda fəaliyyət göstərən operatorlara və provayderlərə xəbərdarlıqlar edilib.
 
 “Onlara öz resurslarını qorumaq və edilə biləcək hücumlara qarşı önləyici tədbirlər görmək tövsiyə olunub” – deyə Faiq Fərmanov qeyd edib.
 
 
Seymur Qasımbəyli


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36399-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR