“Azərbaycan Dəmir Yolları” “Bakı-2015” Avropa Oyunları ilə bağlı informasiya mərkəzləri yaradır - FOTO

“Azərbaycan Dəmir Yolları” “Bakı-2015” Avropa Oyunları ilə bağlı informasiya mərkəzləri yaradır - FOTO
16:32 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 16:23 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. “Bakı-2015” Avropa Oyunlarına hazırlıq prosesi ərəfəsində dəmir yolunda da bir sıra mühüm işlər həyata keçirilməkdədir.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, qurumun Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti tərəfindən Əmircan, Suraxanı, Bülbülə stansiyalarında və Mədəniyyət dayanacağında əsaslı təmir işləri aparılıb.

 

Eyni zamanda Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatıb. Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

 

Beynəlxalq  sərnişin  qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar  işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq  təlimatlandırılırlar. Oyunların keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə  ingilis  dilini bilən  əməkdaşlar da cəlb olunacaqlar. Bununla əlaqədar, Bakı vaqon deposunda briqada heyəti və bilet kassirləri ingilis dilini öyrənmək üçün təlim kursları açılıb və qeyd edilən işçilər hal-hazırda həmin kurslarda təlim keçirlər.

 

Avropa Oyunlarının  keçiriləcəyi müddətdə əcnəbi turistlərin, idmançıların, qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəzləri yaradılır və lazımı avadanlıqlarla təchiz olunub.

 

Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülüb. Bununla yanaşı, sərnişin  qatarlarına minik zamanı məlumat büroları, diktorlar və rəsmi nümayəndələr zalının növbətçiləri tərəfindən sərnişinlər arasında maarifləndirilmə işləri aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR