Prezident Çanaqqalada (FOTO)

Prezident Çanaqqalada (FOTO)
17:11 24 Aprel 2015
75 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Çanaqqala Zəfərinin 100-cü il dönümü münasibətilə bağlı keçiriləcək mərasimlərdə iştirak etmək üçün Çanaqqalaya gedib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı İlham Əliyevi hava limanında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi və digər rəsmilər qarşılayıb.

Qeyd edək ki, Türkiyədə bu gün Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunur.
Mərasimə 17 prezident, 3 parlament rəhbəri, 3 prezident müşaviri, 5 baş nazir, 1 keçmiş prezident, 28 nazir, 6 beynəlxalq təşkilat rəhbəri olmaqla 90-a yaxın ölkədən rəsmiləri qatılacaq.

I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=340229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR